“Skaut - gələcək nəslin lideri” – layihəsi uğurla davam etdirilir

1 sentyabr 2018-ci il tarixində etibarən Amerika Birləşmiş Ştatlarının Səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Skaut - gələcək nəslin lideri” – layihəsinə start verilmişdir.

Layihənin əsas məqsədi skaut hərəkatının köməyilə Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayonunun məcburi köçkün qəsəbələrində yaşayan uşaq, yeniyetmə və gənclərin növbəti nəsl liderlərinə çevrilməsi üçün tərəqqi imkanlarının yaradılması və onlarda komandada işləmək, könüllülük, təşəbbüskarlıq, təşkilatçılıq kimi müasir dünyavi şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsidir.

Bu məqsədə çatmaq üçün layihənin bır sıra vəzifələri vardır. Bunlar aşağıdakılardan ibarətdir:

- İctimaiyyat arasında layihənin təbliği;

- Könüllü gəncləri üzə çıxartmaqla bu sahədə yetişdirmək;

- Skaut təlimləri və ustad dəsrləri vasitəsilə mövcud gənclərdə liderlərlik, skaut bilik və bacarıqlarının artırılması ilə uşaq və yeniyetmələrin gündəlik həyat tərzini səmərəli etmək;

- Hərakata qoşulacaq uşaq, yeniyetmə və gənclərin sayını artırmaq;

- Qaçqın şəhərciyində uşaq, yeniyetmə və gənclərin ictimai fəaliyyətinin artırılması;

- “Future Leaders Exchange” iştirakçıların regionda tanıdılması və gələcəkdə qaçqın qəsəbəsində yaşayan uşaq, yeniyetmə və gənclərin də bu proqramdan yararlanma şansısın mövcudluğu barədə təbliğatı;

Yuxarıda qeyd olunmuş layihənin məqsədindən irəli gələn vəzifələri həyata keçirtmək üçün Biləsuvar rayonunda 5 ildir ki çox fəal şəkildə fəaliyyət göstərən “Mübarizlər” Skaut Qrupunun könüllük əsasında çalışan liderləri və həmçinin Azərbaycan Skautlar Assosiasiyasının digər könüllü  böyükyaşlı üzvlərinin köməyi və dəstəyindən istifadə olunur.

Layihənin növbəti 2-ci ayında ilk olaraq ABŞ səfirliyi tərəfindən “Future Leaders Exchange” təhsil mübadilə proqramının iştirakçısı olmuş skautlarla görüş təşkil olunmuş. Onlara da layihə barədə yaxından məlumat verilərək, gələcəkdə layihənin təşkilində könüllü qismində yardımçı ola biləcəkləri barədə məlumat verilmişdir. Onların layihədə iştirakı, “Future Leaders Exchange” təhsil mübadilə proqramının həmçinin regionda tanıdılması və gələcəkdə məcburi köçkün qəsəbələrində yaşayan uşaq, yeniyetmə və gənclərin də bu proqramdan yararlanma şansısın mövcudluğu barədə təbliğatına yardımçı olacaqdır.

Layihənin növbəti fəaliyyəti olaraq layihə çərçivəsində Cəbrayıl rayonunun məcburi köçkün qəsəbələrində yerləşən 11 məktəbdə təqdimatlar həyata keçirilmişdir. Təqdimatlarda əsasən məktəblərin müəllimləri və qəsəbədə yaşayan gənclər iştirak etmişdir. Qəsəblərədə bu növ layhiə ilk dəfədir keçilir deyə təqdimatlar çox maraqla qarşılanmışdır.

Onu da bildirək ki, təqdimatlardan sonra layihə çərçivəsində gələcəkdə uşaqlarla işləmək və lider kimi fəaliyyət göstərmək istəyən şəxslərin əlaqə nömrələri qeydə alınmışdır. Qeydiyyatdan keçmiş şəxslər üçün 16-19 noyabr 2018-ci il tarixlərində Şamaxı şəhərində “Liderlik məktəbi” təşkil olunacaqdır. Layihənin davamı olaraq isə “Liderlik məktəbi”nin iştirakçıları geri döndükdən sonra öz qəsəbələrində təqdimatlar edərək skaut dəstələrini formalaşdıracaqlar. Bu dəstələrin ilkin fəaliyyəti 2019-cu il yanvar ayında başlayaraq 2019-cu ilin iyunun sonuna kimi davam edəcəkdir.  2019-cu ilin iyul ayında isə layihənin yekunu olaraq həm uşaq-yeniyetmələr, həm də böyükyaşlı liderlər üçün İsmayıllı rayonunda çadır düşərgəsi təşkil olunacaqdır.

Files Attached
Association of Scouts of Azerbaijan's picture
from Azerbaijan, 1 year ago

Project Period

Started On
Wednesday, October 31, 2018
Ended On
Wednesday, October 31, 2018

Participants

1200

Service hours

28800

Topics

Adults in Scouting
Youth Programme

SDG

Are you sure you want to delete this?
Welcome to Scout.org! We use cookies on this website to enhance your experience.To learn more about our Cookies Policy go here!
By continuing to use our website, you are giving us your consent to use cookies.